"Logo Azerbaijan" şirkəti, dünən təqdimatı keçirilən yeni milli turizm brendinin loqosuna fərqli yanaşıb.
"Kommersant.az" xəbər verir ki, sözügedən şirkət milli turizm brendinin loqosunu ördəyə bənzədib.
Qeyd edək ki, "Yenidən fərqli baxışla bax" ("Take another look") başlıqlı yeni milli turizm brendi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Hətta loqonun uğursuz olduğunu bildirənlər və yeni loqoda Azərbaycan adının kiçik hərflə yazılmasına irad tutanlar da olub.