"Kommersant.az" xəbər verir ki, Yaponiyanın "Kyocera" şirkəti kredit kartı ölçüsündə "KY-O1L" adlı mobil qurğu təqdim edib. Smartfonun qalınlığı 5,3 mm, ekranın diaqonalı isə 2,8 dyümdür. Cihaz "Snapdragon 210" prosessorunda işləyir, 1+8 qeqabayt yaddaşa malikdir. Smartfonun kamerası yoxdur. Lakin onun vasitəsilə internetə çıxmaq və mesaj göndərmək mümkündür.
"KY-O1L", noyabrda 285 dollara satışa çıxarılacaq.