Sabah Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı start götürəcək.
"Kommersant.az" xəbər verir ki, bu gün yarışın keçiriləcəyi "Laslo Papp" İdman Sarayında sabah 4 kateqoriyada mübarizə aparacaq sərbəst güləşçilərin püşkatma mərasimi keçirilib.
61, 74, 86 və 125 kq-da çıxış edən pəhləvanların ilk rəqibləri müəyyənləşib. Yığmamızın üzvlərindən ikisi təsnifat, ikisi isə 1/16 final mərhələsindən mübarizəyə başlayacaq.
Qeyd edək ki, görüşlər hər gün Bakı vaxtı ilə 12:30-da start götürəcək.
61 kq
Təsnifat - Pərviz İbrahimov - Skott Şiller (CAN)
74 kq
1/16 final - Abubakr Abakarov - Hanok Raşamin (İSR)
86 kq
1/16 final - Murad Süleymanov - Quma Bəşir (SUD)
125 kq
Təsnifat - Cəmaləddin Məhəmmədov - Nik Matyuxin (GER)