USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Türkiyə nə qədər güclü olarsa, biz də bir o qədər güclü olacağıq" - İlham Əliyev

19.10.2018 İqtisadiyyat
0 0
"Türkiyənin gücü bizim gücümüzdür. Türkiyə nə qədər güclü olarsa, biz də bir o qədər güclü olacağıq. Bizim gücümüz birliyimizdədir".

"Kommersant.az" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin İzmir şəhərində "Star" neft emalı zavodunun açılış mərasimində çıxışı zamanı deyib.

Prezident çıxışında ötən gün Azərbaycanın Müstəqillik Gününün qeyd olunduğunu və bu müstəqilliyi ilk tanıyan ölkənin Türkiyə olduğunu bildirib:

"Onu da qeyd etməliyəm ki, dünən biz Azərbaycanda müstəqilliyimizin bərpasının 27-ci ildönümünü qeyd etdik. Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkə Türkiyə olub. Bu tarix çox şərəfli tarixdir. O gündən bu günə qədər biz daim bir yerdəyik. Siyasi əlaqələrimiz ən yüksək zirvəyə qalxıb. İqtisadi sahədə çox böyük işlər görmüşük. Həm Türkiyə, həm Azərbaycan iqtisadi baxımdan sürətlə inkişaf edən ölkələrdir".

İlham Əliyev fürsətdən istifadə edərək, qardaş türk xalqını Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə əldə edilmiş bütün uğurlar münasibətilə təbrik edib:

"Türkiyə Prezident Ərdoğanın liderliyi sayəsində dünya miqyasında böyük gücə çevrildi. Türkiyə dünya miqyasında söz sahibidir. Bölgədə və dünyada Türkiyə ilə hesablaşırlar, Türkiyənin mövqeyi bir çox hallarda həlledici rol oynayır. Bu, bizi çox sevindirir. Çünki Türkiyənin gücü bizim gücümüzdür. Türkiyə nə qədər güclü olarsa, biz də bir o qədər güclü olacağıq. Bizim gücümüz birliyimizdədir. Bu gün Azərbaycan və Türkiyə dünya miqyasında qardaşlıq, həmrəylik nümunəsi göstərirlər. Mən dünyada ikinci ölkələr tanımıram ki, Türkiyə və Azərbaycan qədər bir-birinə bağlı olsunlar. Bu, bizim böyük sərvətimizdir. Məhz bu dostluq, qardaşlıq duyğuları əsasında biz nəhəng layihələri gerçəkləşdiririk".

Xatırladaq ki, oktyabrın 19-da İzmir şəhərində STAR neft emalı zavodunun açılış mərasimi baş tutub.

report

  • Əvvəlki

    Azərbaycan güləşçilərinin DÇ-də ilk rəqibləri müəyyənləşdi

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0