USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sahibkarların problemləri müzakirə olunub

20.10.2018 İqtisadiyyat
0 0
Qida Təhlükəsizliyi Agentliyində sahibkarlarla görüş keçirilib.

"Kommersant.az" Agentliyin yaydığı məlumata istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) bitki və bitkiçilik məhsullarının idxalı ilə məşğul olan
sahibkarlarla görüş keçirilib.

Görüşdə, qanunvericiliklə nəzərdə tutulmuş qaydada bitki mühafizə vasitələrini müşayiət edən sənədlərin zəruriliyi sahibkarların diqqətinə çatdırılıb.

Qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyata alınmasının vacibliyini vurğulayan Agentliyin sədr müavini Rəşad Mafusov sahibkarları prosesdə aktiv iştirak etməyə dəvət edib. Qida Təhlükəsizliyi Agentliyinin qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin və qida məhsulları
istehlakçılarının maarifləndirilməsi işinin bundan sonra da davam etdiriləcəyi bildirilib.

Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb və idxalçıların qarşılaşdıqları problemlərin həlli istiqamətində fikir mübadiləsi aparıb.

  • Əvvəlki

    Hövsanda çoxmənzilli yaşayış kompleksi tikilir - MİDA

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0