Dünya birjalarında Brent markalı neftin qiyməti bahalaşıb.
"Kommersant.az" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin 1 barelə görə qiyməti 0,28 dollar və ya 0,41% bahalaşaraq 69,40 dollar olub.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri də 0,25 dollar və ya 0,31% yüksələrək 80,03 dollar olub.