"Venesuelada böhran səngiyərsə neftin qiyməti yenidən hər barel üçün 60-65 dollaradək enə bilər."
"Kommersant.az" xəbər verir ki, bunu açıqlamasında iqtisadçı alim Vüqar Bayramov deyib. O qeyd edir ki, ABŞ Prezidetinin Səudiyyə Ərəbistanı ilə silah satışı sövdələşməsinin ləğv edilməyəcəyi ilə bağlı açıqlamasından sonra neft bazarında sakitçilik müşahidə edilir:
"BP-nin rəhbəri Bob Dudley isə neftin indiki qiymətini dünya üçün qeyri-sağlam qiymət kimi dəyərləndirib. Mövcud qiymətdəki artımlar daha çox siyasi səbəblər ilə bağlıdır. İrana qaşı sanksiyalar və eləcə də Venesueladakı böhran qiymətə təsir göstərməkdədir. Siyasi səbəblər, o cümlədən Venesuelada böhran səngiyərsə neftin qiyməti yenidən hər barel üçün 60-65 dollaradək enə bilər."