USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyanın neft gəlirləri artıb

10.05.2018 İqtisadiyyat
0 0
Məlumata görə, ölkənin neft ixracı artıb

"Kommersant.Az" xəbər verir ki, Rusiya Federal Gömrük Xidmətinin (FTS) məlumatlarına görə, ölkənin neft ixracı bu ilin yanvar-mart dövründə 2017-nin eyni dövrü ilə müqayisədə miqdar olaraq azalmasına baxmayaraq, dəyər olaraq artıb.

Həmin dövrdə ölkənin neft ixrac həcmi keçən illə müqayisədə 1,5 faiz azalaraq 61,6 milyon tona geriləyərkən, ixracat gəliri isə məbləğ olaraq 21,2 faiz artımla 28,2 milyard dollara qalxıb.

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ilə bğlanmış müqaviləyə görə, Rusiya gündəlik neft hasilatını 300 min barrel azaltmaq öhdəliyi götürüb. Rusiya ötən ay gündəlik hasilatını 285 min 600 barrel azaltmışdı.