Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Cəfər Xəndan küçəsində qazıntı işləri aparılır.
"Kommersant.az" xəbər verir ki, AAYDA tərəfindən yenicə təmir olunmuş yol yenidən AAYDA tərəfindən qazılıb. Belə ki, Cəfər Xəndan küçəsindən Əhməd Rəcəbli küçəsinə və əks hərəkət istiqaməti üzrə hər iki yol yenidən qazılıb.
Məsləyə aydınlıq gətirmək üçün AAYDA -nın mətbuat xidmətindən verilən məlumata görə, qazıntı işləri "Azərsu" ASC tərəfindən aparılır. Müəmmalı məsələ isə budur ki, qazıntı işləri aparan işçilərin geyimində "AAY" logosu və təmir işlərinin aparıldığı yerdə AAYDA logosu vurularaq müvəqqəti narahatçılığa görə üzr istəyib.
"Azərsu" ASC tərəfindən saytımıza verilən açıqlamada bildirdilər ki, adı çəkilən ərazidə 500 mm-lik xətt dəyişdirilib, asfalt örtüyü isə dünən axşam bərpa olunub.
Xatırladaq ki, Cəfər Xəndan küçəsi ötən ilin mart ayında təmir edilmişdi.