Şimali Koreya 2017-ci ildə Çindən 640 milyon dollarlıq məhsul alıb.
"Kommersant.az" xəbər verir ki, rəsmi Pxenyan tərəfindən alınan məhsulların həcmi 2014-cü illə müqayisədə azalıb. Şimali Koreyanın Çindən aldığı məhsullar siyahısına yüksək keyfiyyətli televizorlar, içki, saatlar, hərbi vertolyotlar və xəz məhsulları daxildir. 2017-ci ildə alınan mallar ümumi idxalın 17,8%-ni təşkil edib.
Qeyd edək ki, ABŞ digər ölkələri Şimali Koreyaya tətbiq edilən sanksiyalara ciddi şəkildə əməl etməyə çağırsa da, Çin və Rusiya məhdudiyyətlərin yumşaldılmasının tərəfdarıdır. Bu isə KXDR-in nüvə və raket sınaqlarından imtina etməsi ilə bağlıdır.