USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İADİ-nin büdcəsi müzakirə edilib

24.10.2018 İqtisadiyyat
0 0
Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun nümayəndə heyəti 16-19 oktyabr 2018-ci il tarixlərində İsveçrənin Bazel şəhərində Beynəlxalq Əmanətlərin Sığortalanması Assosiasiyasının (IADI) illik toplantısında və İADİ-yın Avrasiya və Asiya – Sakit Okean Regional Komitələrinin iclaslarında iştirak edib.

"Kommersant.az" xəbər verir ki, IADI prezidenti, İcra Şurasının sədri, Yaponiya Əmanətlərin Sığortalanması Korporasiyasının direktoru Mikuniya Katsunori, ABŞ Əmanətlərin Sığortalanması Korporasiyasının sədri Yelena MakVilliams, Rusiya Əmanətlərin Sığortalanması Agentliyinin direktoru Yuri İsayev,Türkiyə Əmanətlərin Sığortalanması Fondunun rəhbəri Muhiddin Gülal, Avropa, Asiya və Latın Amerika nümayəndələrinin qatıldığı tədbirdə il ərzində aparılan işlər, İADİ-nin 2019-cü il üçün planları və budcəsi müzakirə edililb, İcra Şurasında vakant yerlərə seçkilər keçirilib.

Əmanətlərin Sığortalanması Fondunun icraçı direktor vəzifəsini icra edən Vüqar Abdullayev Türkiyə, Gürcüstan, Rusiya və digər ölkələrin nümayəndələri ilə müzakirə aparıb və ölkədə əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi barədə məlumat verib.