"Moskvanın leqal miqrantlardan əldə etdiyi gəlir artacaq".
"Kommersant.az" xəbər verir ki, bunu Moskva meri Sergey Sobyanin Moskva Hökumətinin fəaliyyətinin nəticələri haqqında illik hesabat çıxışında bildirib. Onun sözlərinə görə, məbləğ 246 milyon 400 min dollar təşkil etməlidir:
"Moskvaya xüsusilə MDB ölkələrindən miqrant axını güclüdür. Əvvəllər miqrantlar patent ödəmirdi, onları işə götürmək də əlverişli idi, lakin indi vəziyyət dəyişib. Bu yolla Moskvada işləyən rusiya vətəndaşlarına qarşı ədalətli mövqe nümayiş etdirilmiş olacaq", - S.Sobyanin qeyd edib.