USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Apple" daha çox pul ödəyəcək

23.10.2018 İqtisadiyyat
0 0
Avropalılar "Apple" üçün vergilərin artırılmasını tələb edir.

"Kommersant.az" xəbər verir ki, Almaniyanın maliyyə naziri Olaf Şolç xarici şirkətlər üçün vergi dərəcəsini tənzimləməyi təklif edib. Onun fikrincə, "Apple" kimi şirkətlər Avropa Birliyi ölkələrində vahid gəlir faizi ödəməlidir:

"Vahid vergi dərəcəsi təyin edilməlidir ki, heç bir dövlət korporasiyalardan lazım olduğundan az gəlir ala bilməsin. Offşor sxemlərdən istifadə edən şirkətlər sərt şəkildə cəzalandırılmalıdır".

Qeyd edək ki, Avropa rəsmiləri ilk dəfə deyil ki, oxşar bəyanatla çıxış edirlər. Məsələn, "Apple", İrlandiyada uzun müddət açdığı iş yerlərinin əvəzində dövlətə aşağı faiz ödəyirdi.