USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ən həssas iqtisadiyyatı olan - ÖLKƏ

23.10.2018 İqtisadiyyat
0 0
Ukrayna, inkişaf etməkdə olan ölkələr arasında ən həssas iqtisadiyyata malik dövlət seçilib.

"Kommersant.az" xəbər verir ki, konsaltinq şirkəti olan "IHS Markit" 190 ölkənin valyutasının stabilliyini qiymətləndirən reytinq tərtib edib. Siyahının tərtibatı zamanı əsas diqqət xarici borc öhdəlikləri, cari tədiyə balansı, inflyasiya və valyuta rezervlərinə yönəldilib. Qeyd olunur ki, Ukraynanın milli valyutası qrivna, 2018-ci ilin əvvəllərindən başlayaraq ciddi təzyiq altındadır. Yalnız Ukrayna Mərkəzi Bankının müdaxiləsi nəticəsində valyutanın kursu nisbətən özünə gələ bilib.

"IHS Markit"in baş iqtisadçısı Nəriman Bəhrəveş hesab edir ki, Ukrayna əvvəlki illərdə olduğu kimi xroniki büdcə kəsirinə görə xarici maliyyə şərtlərinə qarşı həssasdır.

Rusiya və Çin isə inkişaf etməkdə olan bazarlar arasında ən az həssaslığa malik ölkələr seçilib. Bu isə həmin ölkələrdə ödəmə balansının məbləğinin çoxluğu, az məbləğdə xarici borc və böyük miqdarda valyuta ehtiyatı ilə əlaqələndirilib. İqtisadçılar eyni zamanda qeyd ediblər ki, Rusiya iqtisadiyyatı geosiyasi risklərə məruz qalıb.

  • Əvvəlki

    "Azərikard" tender elan edir

Digər xəbərlər

28.11.2024 İqtisadiyyat
İrandan 'neft' etirafı
0 0