USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu şəxslərin pensiyası 140 manat artırılıb - NAZİRLİKDƏN AÇIQLAMA

23.10.2018 İqtisadiyyat
0 0
İşləməkdə davam edən 36 minə qədər pensiyaçının pensiyası yenidən hesablanaraq orta hesabla 140,7 manat artırılıb.

"Kommersant.az" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Məlumata görə, bu il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər və rayon şöbələrinə yaşa görə pensiya təyin edildikdən sonra azı 6 il işləmiş və hazırda da işləməkdə davam edən 36 minə qədər vətəndaş müraciət edib.

"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə uyğun olaraq, onların pensiyalarının yenidən hesablanaraq artırılması təmin olunub, pensiyalarında orta hesabla 140,7 manat artım edilib.

Qeyd olunan maddəyə görə, vətəndaş yaşa görə pensiya təyin olunduğu gündən etibarən işləməkdə davam edərsə, hər 6 ildən bir onun hesabında toplanmış sosial sığorta haqqı 72-yə (6 il × 12 ay) bölünərək onun pensiyasının üzərinə gəlinir.