USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Araz" Supermarketlər şəbəkəsindən - QANUN POZUNTULARI

23.10.2018 İqtisadiyyat
0 0
"Araz" Supermarketlər şəbəkəsi S.S. Axundov 3C ünvanında açmağa hazırlaşdığı yeni filialında qanun pozuntularına yol verir.

"Kommersant.az" xəbər verir ki, yeni filial belə getsə, çətin ki qalmaqalsız şəkildə fəaliyyətə başlaya biləcək. Redaksiyamızın əldə etdiyi fakta görə, açılacaq mağazanın havalandırma sistemi ilə bağlı binanın komendantı və Satınalma departamentinin rəhbəri arasında narazılıq yaranıb. FHN-nin texniki baxışından keçmək istəməyən mağaza rəhbərliyi komendantla ortaq məxrəcə gəlmək istəsə də, onların sövdələşməsi baş tutmur. Belə ki, komendant havalandırma sisteminin çölə çıxarılması üçün binaya 2 kameranın, eyni zamanda, həyətə şlaqbaun quraşdırılmasını şirkət qarşısında tələb kimi irəli sürür. Mağaza rəhbərliyi isə, görünür, təklifdən o qədər də razı deyil. Digər məsələ isə, mağazanın üst qatında yerləşən mənzilin sahibi ilə açılacaq mağaza rəhbərliyi arasında yaranmış narazılıqdır. Mənzil sahibi havalandırma sistemi vasitəsilə gələcəkdə qoxunun evinə yayıla biləcəyini iddia edir.

Qarşı tərəfin mövqeyini işıqlandırmaq üçün "Araz" Supermarketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin məsul şəxsi Billurə Tacəddinqızı ilə əlaqə saxladıq. Şəbəkə sözçüsü bildirdi ki, onlarda komendantla Satınalma departamentinin rəhbəri arasındakı şərtlər haqqında heç bir məlumatı yoxdur:

"Mağaza, obyektin sahibindən icarəyə götürülüb. Həmin obyektin yerində əvvəl də mağaza fəaliyyət göstərib. Sənədləşmələr qaydasındadır. Fəaliyyətə başlayacaq mağazada gələcəkdə təndir quraşdırılması nəzərdə tutulub. Təndir qazla işləməyəcək, ona görə də FHN-nin texniki baxış keçirməsinə ehtiyac qalmayacaq. Havalandırma sistemi quraşdırılacaq. Kabellər də kifayət qədər keyfiyyətlidir. Heç bir yüklənmədən də söhbət gedə bilməz. Komendantdan da narazılığımız yoxdur. Mağazanın bəzi avadanlıqları (kompressor) çöldədir. Mağazanın və avadanlıqların təhlükəsizliyi baxımından çölə təhlükəsizlik kameraları quraşdırılacaq. Gələcəkdə mağazanın yuxarı mərtəbəsindəki mənzil sahibinin şikayəti yaranacaqsa, şikayətə müvafiq addımlar atılacaq".

Qeyd edək ki, fakta əsasən, mağaza özünə aid olmayan hissələrə (binanın giriş-çıxışına, binanın 4 tərəfinə) nəzarət kamerası quraşdıracaq. Bu, komendant və mağaza rəbərliyi arasında olan razılaşmaya görə həyata keçiriləcək. Amma şəbəkə sözcüsü bunu təkzib edib. Məsələni diqqətdə saxlayacağıq və foto faktlarla yenidən gündəmə gətirəcəyik.

  • Əvvəlki

    Bu şəxslərin pensiyası 140 manat artırılıb - NAZİRLİKDƏN AÇIQLAMA

Digər xəbərlər

28.11.2024 İqtisadiyyat
İrandan 'neft' etirafı
0 0
28.11.2024 İqtisadiyyat
Yeni lizinq şirkəti təsis edilib
0 0