"Kommersant.az" xəbər verir ki, Rusiya Tur Operatorları Assosiasiyasının (ATOR) məlumatına görə, 10 noyabrda Birləşmiş Ərəb Əmirliklərinə turun orta qiyməti 29,4%, İordaniyaya 28,4%, Çinin Haynan adasına 10 günlük səyahət isə 22,3% ucuzlaşacaq. Karib hövzəsi ölkələrinə təşkil edilən turlarda da qiymət azalması müşahidə ediləcək. Məsələn, Meksikaya 19,6%, Kubaya isə 31,7%.
Qiymət baxımından siyahının lideri Birləşmiş Ərəb Əmirlikləri olub. Ora 10 günlük gediş-dönüş, hotel, transfer və tibbi sığortanın haqqı orta hesabla 877 dollara başa gələcək. Digər pillələri isə İordaniya (1007 dollar) və Tayland (1072 dollar) bölüşür. Beşlikdə eyni zamanda Şri-Lanka , onluqda isə İsrail, Bali, Vyetnam, Meksika və Kuba da var.