Mütəxəssislər qırmızı kürü ilə bağlı açıqlama verib.
"Kommersant.az" xəbər verir ki, mütəxəssislər Rusiyanın Uzaq Şərq Federal Dairəsində qırmızı kürünün qiymətinin düşdüyünü bildiriblər. Lakin bu da istisna edilmir ki, Yeni ilə qədər qiymətlərdə yenidən artım müşahidə olunacaq.
Ekspertlər mövcud vəziyyəti məhsuldarlığın aşağı düşməsi, eyni zamanda Yaponiya və Şərqi Asiya regionunda kürüyə tələbatın artması ilə əlaqələndirirlər.
Qeyd etdiyimiz kimi yeni ildə qiymətlərin yenidən artırılacağı ehtimal olunsa da, bunun Kamçatka üçün keçərli olmayacağı da əlavə olunub.