Səbail rayonu Bibiheybət və Şıxov qəsəbələri, 20-ci sahə və Bayıl qəsəbəsi...
"Azərsu"nun mətbuat xidmətindən "Kommersant.az"a daxil olan məlumata görə, magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar 24 oktyabr 2018-ci il tarixində səhər saatlarına qədər Bakı şəhəri Səbail rayonu Bibiheybət və Şıxov qəsəbələrinə, 20-ci sahə və Bayıl qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.