USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

7800 manat cərimələnən sex bağlanır

24.10.2018 İqtisadiyyat
0 0
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə “Bakı Elektriktökmə” ASC-nin ərazisində fəaliyyət göstərən metaləritmə sexindən havaya qara tüstü atılması ilə bağlı yenidən şikayət daxil olub.

"Kommersant.az" Nazirliyə istinadla xəbər verir ki, Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri tərəfindən sözügüdən sexin ərazisində növbəti dəfə monitorinq keçirilib və atmosfer havasından nümunələr götürülüb. Nümunələr üzərində aparılan fiziki-kimyəvi analizlərin nəticələrinə görə atmosferə atılan tullantıların miqdarının bu dəfə də normadan artıq olduğu müəyyən edilib.

Qeyd edək ki, bu ilin sentyabr ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən havanı çirkləndirdiyinə görə metaltökmə sexinin sahibi Məmməd Ələkbərov fiziki şəxs qismində 3000 manat məbləğində cərimələnmiş və ona müasir standartlara cavab verən təmizləyici qurğunun quraşdırılması ilə bağlı icrası məcburi olan müddətli "məcburi göstəriş" verilmişdi.

Sexin sahibi Məmməd Ələkbərov sentyabr ayında ona verilən məcburi göstərişin tələblərini yerinə yetirmədiyi üçün vəzifəli şəxs qismində 4800 manat məbləğində yenidən cərimə olunub. Sexin fəaliyyətinin dayandırılması tələbi ilə məhkəməyə müraciət olunması üçün sənədləşmə işləri aparılır.

  • Əvvəlki

    Almaniya daha çox pul ödəyəcək

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0