USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yeni qarşıdurma

24.10.2018 İqtisadiyyat
0 0
Avropa Birliyi İtaliyaya güzəşt etməyi düşünmür.

"Kommersant.az" xəbər verir ki, İtaliyanın baş naziri Cozeppe Konte ölkənin heç bir büdcə planının olmadığını söyləsə də, Avropa Birliyi təkidlə alternativ plan tələb edir.

Baş nazir açıqlama verərək hazırda inflyasiyanın 2,4% olduğunu və bu rəqəmin daha da böyüməyəcəyini bildirib. O əlavə edib ki, ölkənin gələcək addımları ilə bağlı konkret bir şey deyə bilməyəcək, amma heç bir B planının olmadığı dəqiqdir.

Avropa Birliyi isə tarixdə ilk dəfə hər hansı bir ölkəyə büdcə xərclərinin azaldılması ilə bağlı təzyiq edir.