USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neft bahalaşmayacaq - EKSPERT

24.10.2018 İqtisadiyyat
0 0
ABŞ 4 noyabrda İrana qarşı sanksiyaların ikinci mərhələsini işə salacaq.

"Kommersant.az" xəbər verir ki, sanksiyalar İranın enerji və bank sektorunu əhatə edəcək.

Belə olan təqdirdə sanksiyaların neftin qiymətinə təsirsiz ötüşməyəcəyi qaçılmaz olacaq. Bəs görəsən qiymət artma, yoxsa azalma istiqamətində olacaq?

İqtisadçı ekspert İlham Şaban redaksiyamıza açıqlamasında bildirib ki, 4 noyabrdan sonra qiymət artımı gözlənilən deyil:

"Dünən Səudiyyə Ərəbistanı açıqlama verdi ki, İranın dünya bazarına neft çıxarmasının qarşısı alınarsa, yarana biləcək kəsri tam şəkildə aradan qaldırmağa qadirdir. Bu isə dünya bazarlarında neftin qiymətinin 3%-dək azalmasına səbəb olub. Hazırda neftin qiyməti 76 dollara yaxınlaşıb. Günün sonunadək 76 dollardan da aşağı düşə biləcəyi istisna deyil. Bundan öncə də ABŞ maliyyə naziri Stiven Mnuçin açıqlamasında qeyd etmişdi ki, 80 dollar, İran faktoru ilə bağlı olan riskləri özündə cəmləşdirən bir qiymətdir. Real qiymət 70 dollar ətrafında olmalıdır".

İqtisadçı qeyd edib ki, sanksiyalar neft bazarında qıtlıq yaratmayacaq:

"Hesab edirəm ki, sanksiyalardan sonra, bir neçə gün də olsa neftin qiymətində sıçrayışlı dəyişiklik olacaq. Lakin bu o demək deyil ki, neft çatışmazlığı yarana bilər. Məsələn, Səudiyyə Ərəbistanının gündəlik hasilatı 10,5 milyon barelə çatıb. Rusiyada gündəlik 280 min barel neft hasil olunur. ABŞ 1 ildə "Kaşaqan" nefti hesabına hasilatı 4 milyon tona qədər artıra bilib".