"Kommersant.az" xəbər verir ki, "Strategy Analytics" şirkətinin ABŞ, Qərbi Avropa, Çin və Hindistan sakinləri arasında keçirdiyi sorğunun nəticələrinə əsasən məlum olub ki, istifadəçilər daha çox qara və gümüşü smartfonlara üstünlük verir. Digər yerləri isə ağ və çəhrayı rənglər bölüşür. Analitiklərin fikrincə, çəhrayı rəngli smartfonlar qadınlar arasında daha da geniş yayılacaq.
Qeyd edək ki, smartfon istehsalçıları aktiv şəkildə rəng təcrübəsi aparır. Məsələn, "Apple", "iPhone Xr"i 6 rəngli korpusda istehsal edib: ağ, qara, qırmızı, sarı, qəhvəyi və göy.