"YouTube Music"də mahnıları emosiyalar vasitəsilə tapmaq mümkün olacaq.
"Kommersant.az" xəbər verir ki, striminq xidmətinin yeniliyi sayəsində istifadəçi intuitiv şəkildə simvol daxil etməklə uyğun treki əldə edə biləcək. Məsələn Britni Spirsin 20 yaşlı "Baby One More Time" hitini uşaq və ədəd simvolları daxil etməklə tapmaq mümkündür. Axtarış yerinə atəşfəşanlıq emojisini daxil etməklə isə xidmət, Keti Perinin "Firework" kompozisiyasını tapacaq.
Axtarış funksiyası, bütün "YouTube Music" istifadəçiləri üçün əlçatandır.