"Apple", eksklüziv şou, film və serial nümayişi hesabına qazancını artırmaq istəyir.
"Kommersant.az" xəbər verir ki, şirkət 2019-cu ilin birinci yarısında serial və filmlərdən ibarət onlayn-kinoteatr buraxacaq. Onlayn-xidmətdə, müəllif şouları, film və seriallar nümayiş etdiriləcək. Xidmət ilk olaraq ABŞ-da aktivləşdiriləcək. Sonradan isə bütün ölkələr üzrə əlçatan olacaq.
Ekspertlər qeyd edir ki, xidmətə yalnız "iPhone", "iPad", "MacBook" və "Apple TV" cihazlarında baxmaq mümkün olacaq. Mütəxəssislərin fikrincə bu, xidmətin qlobal şəkildə yayılmasına mənfi təsir göstərə bilər. Məsələn, gələcək xidmətin rəqibləri olan "Netflix" və "Amazon Prime" bütün istifadəçilər üçün əlçatandır.