USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Тitanik II" gəlir

24.10.2018 İqtisadiyyat
0 0
"Тitanik II", əfsanəvi gəminin yolunu təkrarlayacaq.

"Kommersant.az" xəbər verir ki, görkəm baxımından "Titanik"i xatırladan "Тitanik II", Sautkemptondan (Britaniyanın cənubunda şəhər) Nyu-Yorka kimi yol gedəcək. Gəminin layihəsinə "Blue Star Line" şirkətinin rəhbəri, avstraliyalı biznesmen Klayv Palmer başçılıq edir. Layihənin anonsu hələ 2012-ci ildə verilsə də, maliyyə məsələlərinə görə reallaşdırıla bilməmişdi. Gəminin tikintisinə 500 milyon ABŞ dolları ayrılıb. "Тitanik II", 2400 sərnişin və 900 ekipaj üzvü üçün nəzərdə tutulub. Gəmi ən müasir təhlükəsizlik sistemi ilə təchiz olunacaq. "Тitanik II"nin ilk marşrutu 2022-ci ildə baş tutacaq.

Xatırladaq ki, "Titanik"in yeganə reysi 10 aprel 1912-ci ildə baş tutmuşdu. Gəminin aysberqlə toqquşması nəticəsində 2208 sərnişindən 1496-sı həlak olmuşdu.

  • Əvvəlki

    Gecə saatlarında gözlənilən - HAVA ŞƏRAİTİ

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0