USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Elektron xidmətlərə 7,8 milyon müraciət olub

24.10.2018 İqtisadiyyat
0 0
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə bu ilin 9 ayında 7,8 milyon müraciət qeydə alınıb.

"Kommersant.az" quruma istinadla xəbər verir ki, Nazirliyin e-xidmətləri sırasında ən çox müraciət olunanı "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" e-xidməti olub – cari ilin 9 ayında həmin e-xidmətə 2 782 963 dəfə müraciət olunub.

Eləcə də "Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi" (1 289 574 müraciət), "İş yerinə dair arayış" (489 712 müraciət), "Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi" (428 114 müraciət), "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" (308 150 müraciət), "Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi" (237940 müraciət) və s. ümumən "E-Hökumət" portalında vətəndaşların daha çox faydalandığı e-xidmətlər sırasındadır.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30-a yaxın e-xidməti fəaliyyət göstərir.

  • Əvvəlki

    Prezident Daşkəsənə pul ayırdı

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0