"Kommersant.az" xəbər verir ki, İtaliya məhkəməsi "qeyri-obyektiv biznes"ə görə adı çəkilən şirkətləri cərimələyib. Apple" 10 milyon avro, "Samsung" isə 5 milyon avro civarında cərimələnib. Onlar köhnə smartfonların işinin süni şəkildə yavaşladılmasında günahlandırılır. Qərara əsasən, şirkətlər cərimələndikləri haqqında informasiyanı öz saytlarında yerləşdirməlidir.
Lakin onlar cərimə məsələsinə şərh verməkdən belə yayınıblar.