2021 – ci ildən etibarən bu məhsulların istehsalı dayandırılacaq.
"Kommersant.az" xəbər verir ki, Avropa Parlamenti su hövzələrindəki tullantılara qarşı mübarizə aparmaq üçün təkistifadəlik plastik məhsulların istifadəsi ilə bağlı qadağa tətbiq edəcəyini bildirib.
Qadağaya əsasən 2021 – ci ildən etibarən qulaq təmizləyiciləri, plastik qablar, çəngəl – bıçaq dəstləri və bu kimi hər növ plastik məhsulların istehsalı dayandırılacaq.