Rusiyanın paytaxtı Moskvada tıxac 10 ballıq şkalaya çatıb.
"Kommersant.az" xəbər verir ki, dünən axşam saatlarında yaranan tıxaca səbəb, güclü yağış olub. "Yandex. Probki"nin məlumatına görə, sıxlıq Moskva Dairəvi Avtomobil yolu və şəhərin mərkəzi hissəsində yerləşən Sadovoe dairəsində qeydə alınıb.
Xidmət bildirib ki, yalnız saat 20:00-da paytaxtda tıxac 8 bala düşür. Qeyd edək ki, Moskvada sonuncu 10 ballıq tıxac bu ilin 24 sentyabrında qeydə alınıb.