USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

2 milyondan çox iş yeri açılıb

25.10.2018 İqtisadiyyat
0 0
Oktyabrın 25-də Bakıda “Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində regional tərəfdaşlığın gücləndirilməsi” mövzusunda Bakı Forumu öz işinə başlayıb.

"Kommersant.az" xəbər verir ki, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının, İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının ölkə üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Avropa və MDB ölkələrinin yüksək vəzifəli nümayəndələri, ombudsmanlar, BMT-nin, beynəlxalq maliyyə institutlarının, vətəndaş cəmiyyəti və özəl sektorun nümayəndələri iştirak edirlər.

Forumda çıxış edən Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov bu gün Bakıda Azərbaycan Respublikası Prezidentinin və bir sıra ölkələrin yüksək vəzifəli rəsmilərinin iştirakı ilə VI Humanitar Bakı Forumunun keçirildiyini vurğulayıb. Bildirilib ki, bu mötəbər tədbirlərin Bakıda keçirilməsi Azərbaycanın bu sahəyə göstərdiyi diqqətin göstəricisidir. "Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi"ndən irəli gələn məqsədlər və Azərbaycanın DİM-lərə nail olunması istiqamətində gördüyü işlər barədə fikirlərini bölüşən Əli Əhmədov ölkəmizdə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradıldığını, Şura çərçivəsində bütün qurumların fəaliyyətinin əlaqələndirildiyini, Azərbaycanın inkişaf prioritetlərinin DİM-lərə uyğunlaşdırıldığını və ölkəmizdə həyata keçirilən dövlət proqramları və digər səndələrdə DİM-lərin nəzərə alındığını qeyd edib. Bildirilib ki, ötən illər ərzində Azərbaycanda yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə azalıb, son 15 ildə 2 milyondan çox yeni iş yeri açılıb, əldə olunmuş sosial-iqtisadi inkişafa uyğun olaraq, paytaxt Bakının və ölkə regionlarının siması tamamilə dəyişib.

Dünyadakı qaçqın və məcburi köçkün probleminin həllinin vacibliyini və DİM-nə nail olunmasında önəmini qeyd edən Əli Əhmədov Azərbaycanın da qaçqın və məcburi köçkün problemi ilə üzləşən ölkələrdən olduğunu, torpaqlarımızın Ermənistan tərəfindən işğal olunması nəticəsində soydaşlarımızın öz yurd-yuvasından didərgin düşdüyünü xatırladıb, qaçqınların həyat şəraitinin yaxşılaşması üçün Azərbaycan hökumətinin sistemli işlər gördüyünü, qaçqınların öz doğma torpqlarına qayıtması məsələsinin hələ də öz həllini tapmadığını vurğulayıb.

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai çıxışında DİM-lərə çatmaq üçün görülcək tədbirlər, bu sahədə Azərbaycanla əməkdaşlıq barədə fikirlərini qeyd edib. Bildirilib ki, 2030-cu ilədək DİM-lərin reallaşdırılması üçün milli yol xəritələrinin hazırlanması, müxtəlif qurumlar arasında fəaliyyətin daha geniş əlaqələndirilməsi bu məqsədlərə nail olunması baxımından önəmlidir. DİM-lərin həyata keçirilməsi istiqamətində ölkəmizin ciddi addımlar atdığını vurğulayan Qulam İshaqzai bu sahədə Azərbaycan hökuməti ilə əməkdaşlqıdan məmnunluğunu bildirib, Azərbaycanın 2017-ci ildə bu sahədə Könüllü Milli Hesabatını təqdim edən ilk ölkələrdən olduğunu diqqətə çatdırb. Qeyd olunub ki, Dayanıqlı İnkişaf Məqsədlərinə dair Bakı Forumu DİM-lərə dair müzakirələrin aparılması, "Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi"ndən irəli gələn məqsədlərə nail olunmasında önəmli platforma olacaqdır.

BMT-nin İqtisadi və Sosial Şurasının prezidenti İnqa Rhonda Kinq çıxışında DİM-nin reallaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsinin vacibliyini qeyd edib, bu baxımdan qlobal əməkdaşlığın önəmini vurğulayıb.

Slovakiya Respublikasının Baş nazirinin müavini Riçard Raşi, Belarus Respublikasının Parlamentinin sədr müavini Marianna Şyotkina, BMT-nin Baş katibinin müşaviri Raşid Xalikov, BMT-nin İnkişaf Proqramının Avropa və MDB regional bürosunun direktor müavini Rastislav Vrbenski, video bağlantı ilə tədbirə qoşulan BMT-nin Baş katibinin müavini Olqa Alqayerova və Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom çıxışlarında DİM-nə nail olunması istiqamətində görülən işlər barədə məlumat verib, DİM-lərin həyata keçirilməsi üçün əməkdaşlığın gücləndirilməsinin zəruriliyini diqqətə çatdırıb, bu sahədə Azərbaycanın gördüyü işləri müsbət qiymətləndirərərək Bakı Forumunun önəmini qeyd ediblər.

Forum "Davamlı, inkluziv və dayanıqlı iqtisadi artımı, tam və səmərəli məşğulluğu və hamı üçün layiqli əmək imkanlarını təşviq etmək" mövzusunda sessiya ilə davam edib. Sessiyada Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri, akademik Ziyad Səmədzadə, Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov, "Ernst and Young" Beynəlxalq Audit Şirkətinin nümayəndəsi Rikardo Giovannini, BMTİP/BƏT-in Məşğulluq üzrə regional məsləhətçisi Vesna Bişeva, İqtisadi və Sosial İnkişaf Mərkəzinin direktoru Vüqar Bayramov və başqaları mövzu ilə bağlı fikirlərini bölüşüb, iqtisadiyyat, sosial və digər sahələrdə DİM-nə nail olunması istiqamətində görülən işləri diqqətə çatdırıblar.

Dayanıqlı inkişafa dair Bakı Forumu oktyabrın 26-da işini sessiyalarla davam etdirəcək.

  • Əvvəlki

    Rusiya Xəzərdə turizmi inkişaf etdirəcək

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0