USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"SpaceX" pul axtarır

26.10.2018 İqtisadiyyat
0 0
"SpaceX" şirkətinin yarım milyard ABŞ dollarına ehtiyacı var.

"Kommersant.az" xəbər verir ki, Bloombergin məlumatına görə, İlon Maskın "SpaceX" şirkəti 500 milyon dollar kredit götürmək üçün investor axtarır. Potensial kreditorlarla danışıqları "Goldman Sachs Group" aparır. Lakin nə "SpaceX" şirkəti, nə də maliyyə təşkilatı yayılan məlumata şərh verməyib.

Son qiymətləndirməyə əsasən, "SpaceX"in dəyəri 28 milyard dollar təşkil edir. Şirkət, təkrar istifadə üçün buraxılan raketləri qaytarmaqla büdcəyə qənaət edir. "SpaceX", bu il müdafiə və NASA proqramları ilə işləyərək, telekommunikasiya şirkətlərinin peyklərini buraxmaqla 17 missiyasını tamamlayıb.

"Bloomberg"in məlumatına görə, "SpaceX" şirkəti ABŞ-ın ən uğurlu startaplar reytinqinin 3-cü pilləsində qərarlaşıb ("Uber" və "Airbnb"dən sonra).