Dünya Ticarət Təşkilatında islahatlar aparıla bilər.
"Kommersant.az" xəbər verir ki, "Reuters"in məlumatına görə, Kanadanın paytaxtı Ottava şəhərində keçirilən ticarət nazirlərinin görüşündə, təşkilatın 13 üzvünün nazirləri Dünya Ticarət Təşkilatında islahatlar aparılmasını dəstəkləyə bilər. Lakin Kanadanın beynəlxalq ticarət Nazirliyinin nümayəndələri mediaya açıqlama verməkdən imtina edib.
Qeyd edək ki, forumda Kanadanı ölkənin beynəlxalq ticarət naziri Ceyms Kar təmsil edir. Avstraliya, Braziliya, Keniya, Avropa İttifaqı, Meksika, Yeni Zelandiya, Norveç, Sinqapur, Çili, İsveçrə, Cənubi Koreya və Yaponiyanın nümayəndələri artıq tədbirdədir.