"Kommersant.az" xəbər verir ki, sülhməramlı əməliyyatlar üzrə baş katibin müavini Jan Pier Lakrua Pekində keçirilən Syanşan təhlükəsizlik forumunda çıxışı zamanı bildirib ki, 2018-ci ilin yanvar-sentyabrında hücumlar nəticəsində həyatını itirən sülhməramlıların ölüm halları 43%-ə düşüb:
"Sülhməramlıların təhlükəsizliyinin gücləndirilməsi onların öz vəzifələrini yerinə yetirmələri üçün vacibdir. Bu sahədə demək olar əsaslı inkişafa nail olmuşuq. Sülhməramlılar gün ərzində saysız təhlükələrlə qarşılaşırlar".
Qeyd edək ki, ötən il hücumlar nəticəsində 59 sülhməramlı həyatını itirib.