2017-ci ildə milyarderlərin siyahısına daha 200-ü daxil olub.
"Kommersant.az" xəbər verir ki, 2017-ci ilin nəticələrinə əsasən, dünya üzrə milyarderlərin var-dövləti 19% artaraq, 8,9 trilyon dollara çatıb. Onların əksəriyyəti qazancı innovasiya sahəsindən əldə edib və əsasən çinlilərdir.
2017-ci ildə Çin milyarderlərin siyahısına daha 55-i əlavə olunub və onların 1,12 trilyon dollarlıq sərvətləri var. Milyarderlərin artım sayı baxımından Çin ABŞ-ı da ötüb. 2016-2018-ci illərdə Çində 1 milyard dollarlıq kapitala malik 50 şirkət yaradılıb. ABŞ-da isə müvafiq dövrdə 62 oxşar şirkət yaradılıb.