Telefonunuzun sürətli işləməsini istəyirsinizsə, bunları edin.
"Kommersant.az" xəbər verir ki, nisbətən köhnə model "iPhone" telefonları işlədənlər smartfonun əvvəlki ilə müqayisədə yavaş işlədiyindən şikayət edirlər. Sizin də belə şikayətiniz varsa, deyəcəklərimizi etməklə telefonunuzun daha sürətli işləməsini təmin edə bilərsiniz.
1) Telefonunuzu gündə 2-3 dəfə söndürüb yandıra bilərsiniz. Bu sistemin yenilənməsini təmin edəcək;
2) Lazımsız fotoları silin;
3) İstifadə etmədiyiniz funksiyaları söndürün;
4) Mesaj qutusunu tez-tez təmizləyin;
5) "iPhone"ların axtarış sistemi olan "Safari"nin zibil qutusunu silin;