USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Total” xalis mənfəətini artırdı

26.10.2018 İqtisadiyyat
0 0
Fransanın “Total” neft-qaz şirkəti bu ilin yanvar-sentyabr aylarında konsolidə edilmiş xalis mənfəətini illik nisbətdə 37% artıraraq 10,37 mlrd. ABŞ dollarına çatdırıb.

"Kommersant.az"ın məlumatına görə, bu barədə "Total"ın hesabatında deyilir.

Bu ilin 9 ayında "Total"ın gəlirləri 26,4% artaraq 156,87 mlrd. dollar təşkil edib.

Şirkətin ümumi karbohidrogen hasilatı illik nisbətdə 8% artaraq gündəlik olaraq 2,742 neft ekvivalentinə bərabər olub.

2018-ci ilin üçüncü rübündə "Total"ın konsolidə edilmiş xalis mənfəəti illik nisbətdə 48% artıb və 4,087 mlrd. dollar təşkil edib. Bu ilin üçüncü rübündə "Total"ın gəlirləri 27% artıb və 54,717 mlrd. dollar təşkil edib. Ötən rüb karbohidrogen hasilatı illik nisbətdə 9% artaraq gündəlik olaraq 2,804 mln. barrel neft ekvivalenti olub.

"Total" maliyyə uğurlarının müsbət dinamikasını "Brent" markalı neftin qiymətinin artımı ilə bağlayır. Şirkətin qiymətləndirməsinə əsasən, "Brent" markalı neftinin bir barelinin orta qiyməti 2018-ci ilin 9 ayında 72,1 dollar təşkil edib ki, bu da illik nisbətdə 39% çoxdur. Üçüncü rübün nəticələrinə əsasən, "Brent" markalı neftin bir barel üçün orta qiyməti 75,2 dollar olub ki, bu da illik nisbətdə 44% çoxdur. Bunun fonunda "Total" investisiyalarını artırmağa hazırdır.

"Total" hesab edir ki, 2018-ci ilin nəticələrinə görə invstisiyaların həcmi 16 mlrd. dollar təşkil edəcək. 2019-2020-ci illərdə isə bu rəqəm 15-17 mlrd. dollar olacaq.

Həmçinin şirkət 2018-2020-ci illərdə 5 mlrd.dollara qədər məbləğdə olan şəxsi səhmlərini bazardan almaq niyyətində olduğunu təsdiqləyib. Artıq 1,5 mlrd. dollar dəyərində olan səhmlər şirkət tərəfindən 2018-ci ildə alınacaq.