İşdə vəzifənizin artırılıb-artırılmayacağını müəyyən etmək istəyirsinizsə, bunları bilməlisiniz.
"Kommersant.az" xəbər verir ki, iş yerinizdə gözləmədiyiniz halda işinizlə bağlı təriflər eşitməyə başlayırsınız və bu vəziyyətin hər hansı vəzifə artımına səbəb olub-olmayacağını müəyyən etməkdə çətinlik çəkirsinizsə, bu yazını mütləq oxuyun. Əgər sadaladığımız hallarla qarşılaşırsınızsa, deməli vəzifənizdə yüksəliş gözləyə bilərsiniz.
1) Əvvəllər çağrılmadığınız iclaslara çağrılmağa başlamısınızsa;
2) Böyük məsuliyyət tələb edən layihələr sizə əmanət olunmağa başlayıbsa;
3) Müdiriniz işdən çıxırs;
4) Sizinlə uzunmüddətli kariyera planları haqda söhbət edilirsə;
5) Özünüzü daha da inkişaf etdirməyinizlə bağlı məsləhətlər alırsınızsa;
6) Əvvəlki ilə müqayisədə daha çox hörmət və diqqət görürsünüzsə;
7) Naharda vəzifə baxımından sizdən üstün şəxslər tərəfindən dəvət alırsınızsa;