Süni intellekt yeni ətir qoxuları kəşf etməyə kömək edəcək.
"Kommersant.az" xəbər verir ki, "IBM Research"ün tədqiqatçıları yeni ətirlərin kəşfi üçün "Philyra" adlı süni intellekt yaradıb. Sinir şəbəkələri, ətirlərin iyi və tərkibini analiz edərək, insan üçün təhlükəsiz hesab edilən yeni qoxu ortaya çıxaracaq. Alqoritmlər 1,7 milyon ətiri artıq yadda saxlayıb.
Yeni ətir 2019-cu ildə hazır olacaq. Onların alıcısı isə Braziliyanın parfüm şirkəti olan "O Boticário" olacaq.