"Versace", "Apple" fanatları üçün idman ayaqqabısı ərsəyə gətirib.
"Kommersant.az" xəbər verir ki, "Versace" moda evinin baş dizayneri Sale Bembri "Apple"ə həsr olunmuş ayaqqabıların fotosunu paylaşıb. Ağ rəngli dəst 90-cı illərin klassik ayaqqabı dizaynını xatırladır.
"Versace" tərəfindən idman ayaqqabısının yeni seriyasının buraxılıb-buraxılmayacağı isə hələ ki, məlum deyil.
Qeyd edək ki, 2017-ci ildə "Adidas" şirkəti "Apple"a idman ayaqqabıları həsr etmişdi. Onların qiyməti isə 30 000 dollar idi.