Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu yayıb.
"Kommersant.az" yayılan məlumata istinadən xəbər verir, Departament, Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırır ki, gecə və səhər bəzi yerlərdə hava şəraitinin yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Oktyabrın 27-də gündüz, 28-də gün ərzində hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 11-16, dağlıq rayonlarda 6-9 dərəcə isti təşkil edəcək.
Lənkəran-Astara bölgəsinə üz tutanların nəzərinə çatdırılır ki, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Oktyabrın 27-də gündüz, 28-də gün ərzində hava əsasən yağmursuz keçəcək. Havanın maksimal temperaturu 15-20, dağlıq rayonlarda 10-15 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında bəzi yerlərdə yağış yağacağı, oktyabrın 27-də gündüz, 28-də gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Havanın maksimal temperaturu 18-23
dərəcə isti təşkil edəcək.
Naxçıvan MR-nın bəzi yerlərdə yağış yağacağı, oktyabrın 27-də gündüz, 28-də gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 16-21 dərəcə isti təşkil edəcək.
Paytaxt qonaqlarının isə nəzərinə çatdırırıq ki, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Oktyabrın 27-də gündüz, 28-də gün ərzində hava əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal–qərb küləyi oktyabrın 27-də gündüz, 28- də gün ərzində mülayim şərq küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 16-20 dərəcə isti təşkil edəcək.