USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Türk axını" bu vaxt işə düşəcək

27.10.2018 İqtisadiyyat
0 0
2019-cu ilin sonuna qədər "Türk axını" təbii qaz boru kəməri ("TurkStream") ilə qaz nəqlinə başlanacaq.

"Kommersant.az" xəbər verir ki, "Ria Novosti"nin məlumatına əsasən, bu barədə Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə rəsmi səfəri ilə bağlı hazırlanan sənəddə deyilir. Qeyd edək ki, Rusiya prezidenti Türkiyəyə rəsmi səfəri çərçivəsində Suriya üzrə sammitdə də iştirak edəcək.

Bir gün əvvəl isə "Qazprom" bildirmişdi ki, qaz boru kəmərinin dəniz hissəsinin ümumi uzunluğunun 95 faizini təşkil edən 1,775 km boru xətti artıq çəkilib.

Bu ilin mayının sonunda məlum olmuşdu ki, "Türk axını" Bolqarıstana kimi davam etdiriləcək. Macarıstan da layihəyə qoşulmaqda maraqlıdır.

Rusiya prezidenti V.Putin isə bildirib ki, Rusiya, İtaliyanın da layihəyə daxil edilməsinin mümkünlüyü qənaətindədir.

  • Əvvəlki

    "BMW" 4 min avtomobili geri çağırır

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0