USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Pentaqonla işləmək istəmirlər

27.10.2018 İqtisadiyyat
0 0
"Microsoft", Pentaqonla 10 milyard dollarlıq müqavilə üzrə tenderə qatılmağa davam edəcək.

"Kommersant.az" xəbər verir ki, bu barədə şirkətin prezidenti Bred Smit "Microsoft"un bloqunda bildirib:

"Hesab edirik ki, ölkəmizi qoruyan insanların dəstəyimizə ehtiyacı var və onlar bu dəstəyə layiqdir".

Qeyd edək ki, "Microsoft" əməkdaşları bir müddət əvvəl məktub yazaraq şirkəti qurumun tenderində iştirakdan imtinaya çağırmışdılar. Şirkət işçiləri, "Microsoft"u qeyri-şəffaflıqda ittiham etmişdilər. Onlar əməklərinin nəticələrinin hərbi sahədə istifadə edilib-edilmədiyini dəqiq bilmədiklərini bildirmişdilər.

Bu ilin aprelində "Google"un 4 minə yaxın əməkdaşı da kollektiv məktub yazaraq, şirkətin Pentaqonla olan "Maven" layihəsinin əlayhinə çıxış etmişdilər. "Google", müqavilənin şərtlərinə yalnız 2019-cu ilin martına qədər əməl edəcəyini bildirib.

Qeyd edək ki, Pentaqonla 10 illik müqavilə üzrə tenderdə eyni zamanda "Amazon" şirkəti də iştirak edir. Şirkət rəhbəri Cef Bezos bəyan edib ki, "Amazon", Pentaqonla əməkdaşlıqdan imtina etməyəcək.