USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Tesla" investorları aldadır

27.10.2018 İqtisadiyyat
0 0
ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB), "Tesla"nı 2017-ci ilin əvvəlində investorları aldatmaqda şübhəli sayır.

"Kommersant.az" xəbər verir ki, "The Wall Street Journal" nəşrinin məlumatına görə, ABŞ-ın Federal Təhqiqatlar Bürosu eyni zamanda yeni "Model 3" avtomobillərinin buraxılış həcmi barəsində araşdırma aparır. İstintaqa San-Fransisko prokurorluğu (Kaliforniya ştatı) nəzarət edir. ABŞ-ın Federal Təhqiqatlar Bürosunun eyni zamanda son bir neçə həftədir ki, "Tesla"nın keçmiş işçiləri ilə danışıqlar apardığı da bildirilir.

Qeyd edək ki, "Tesla", 2003-cü ildə İlon Mask tərəfindən yaradılıb. Şirkətin mənzil-qərargahı Palo-Altoda (Kaliforniya ştatı) yerləşir.