USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ən çox işsizi olan regionlar - RUSİYA

29.10.2018 İqtisadiyyat
0 0
Rusiyanın ən çox və ən az işsizlik səviyyəsinin qeydə alındığı regionlarının adları açıqlanıb.

"Kommersant.az" xəbər verir ki, Rusiya Federasiyası Dövlət Statistika Federal Xidmətinin məlumatına əsasən, Rusiyada avqust ayında işsizlik səviyyəsi 4,6% təşkil edib.

Ən aşağı işsizlik səviyyəsi Sankt-Peterburq (1,4%), Yamalo-Nenesk muxtar vilayəti (2%), Xantı-Mansiysk muxtar dairəsi (2,3%) və Moskva vilayətində (2,6%) qeydə alınıb.

İşəgötürmə agentliklərinin məlumatına əsasən, paytaxt Moskvada 1 işsizə 2 vakansiya düşür.

Ən yüksək işsizlik səviyyəsi isə 7 regionda-İnquşetiya (26,5%), Tıva Respublikası(19%), Çeçenistan (13,8%), Qaraçay-Çərkəz (12,1%), Dağıstan (10,7%), Altay Respublikası (10,7%) və Baykalətrafı vilayətdə (10,2%) qeydə alınıb. Məlumata əsasən, Dağıstan, İnquşetiya və Çeçenistanda vəziyyət nisbətən yaxşılaşıb.

Ümumilikdə, 2017-ci illə müqayisədə 2018-ci ilin yayında Rusiyanın 58 regionunda işsizlik səviyyəsi azalıb. 21 regionda işsizlik səviyyəsi artıb, 6-da isə dəyişməyib.