USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Miqrasiya Xidmətində yeni - TƏYİNAT

29.10.2018 İqtisadiyyat
0 0
Dövlət Miqrasiya Xidmətində (DMX) növbəti kadr dəyişikliyi olub.

"Kommersant.az" Reporta istinadən xəbər verir ki, DMX-nın İctimaiyyətlə əlaqələr idarəsi rəisinin müavini, I dərəcəli miqrasiya xidməti qulluqçusu, əməkdar jurnalist Füzuli İsmayılov vəzifəsindən azad edilib.

İdarənin rəis müavini vəzifəsinə jurnalist Elnur Kələntərli təyin edilib.

Qeyd edək ki, Elnur Kələntərli 25 aprel 1976-cı ildə Bakı şəhərində doğulub. "Space" televiziya kanalında, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və digər qurumlarda çalışıb.

Xatırladaq ki, Prezident İlham Əliyev bu il aprelin 23-də imzaladığı sərəncamla Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi təyin olunub.