"Apple", Tayvan tələbələrini istismarda ittiham olunur.
"Kommersant.az" xəbər verir ki, "Apple", Tayvanda yerləşən podratçı şirkətlərdən birində araşdırmaya başlayıb.
"Sacom" hüquq təşkilatının məlumatına əsasən, şirkət Çunçin şəhərində saat istehsalında ucuz tələbə əməyindən istifadə edib. Məlumata görə, tələbələr bir istirahət günü olmaqla, hər gün 12 saat işləyiblər. Bu isə yerli qanunvericiliyə ziddir. İşdən imtina etmək istəyənlər isə imtahanda problemlə üzləşəcəkləri ilə hədələnib.
"Apple", deyilənlərin öz təsdiqini tapacağı təqdirdə, podratçını ciddi şəkildə cəzalandıracağını bildirib.
Qeyd edək ki, ABŞ şirkətləri ilk dəfə deyil ki, Asiya ölkələrində ucuz işçi qüvvəsindən (xüsusilə uşaq əməyindən) istifadədə ittiham edilirlər.