"iPhone XR" analitiklərin gözlədiyindən az satılır.
"Kommersant.az" xəbər verir ki, dünya ölkələri üzrə 3 günə 9 milyona yaxın "iPhone XR" satılıb. Yeni smartfona tələbat "iPhone 8"lə müqayisədə yüksək olub. Lakin ümumi satış gözləniləndən 1 milyon ədəd az olub. Analitiklərin fikrincə, "Apple", noyabrda "iPhone XS" və "XR"in istehsalını məhdudlaşdıracaq. Beləliklə, 2 milyon "XR" istehsal olunacaq.
Qeyd edək ki, "iPhone XR" satışa 26 oktyabrda çıxarılıb.