"Kommersant.az" xəbər verir ki, get-gedə çətinləşən həyat şərtləri insanlara iş tapmaqda da çətinlik törədir. Xüsusilə universiteti yeni bitirmiş məzunlar bu mövzuda çətinlik çəkir.
Bu səbəbdən də istədiyiniz işi əldə etmək üçün rəqiblərinizdən fərqlənəcək üstünlükləriniz olmalıdır.
Belə ki, daim keçirilən kurslara, seminarlara və konfranslara qatılın. Verilən sertifikatlar iş müraciətində işinizə yarayacaq. Dil öyrənin. Nə qədər çox dil bilsəniz, o qədər çox ehtiyac duyulan kadr olarsınız.
Özünüz üçün CV hazırlayın və burada bacarıqlarınız haqda geniş məlumat verin. Müasir zamanda CV-siz heç bir rəsmi iş yerinə müraciət edə bilməzsiniz.
Cv-niz bəyənilərsə və işə çağrılarsınızsa, iş görüşməsinə gedərkən geyiminizə, təmizliyinizə və rəftarınıza xüsusi fikir verin.
Görüşə getməzdən əvvəl müraciət etdiyiniz şirkət haqda araşdırma aparın.
Bütün bu məsləhətlərə əməl etsəniz, rəqiblərinizdən bir addım öndə ola bilərsiniz.