USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ruslar Yeni ili harda keçirəcək?

30.10.2018 İqtisadiyyat
0 0
Rusların Yeni ili evdə qeyd edəcəyi təxmin edilir.

"Kommersant.az" xəbər verir ki, kassa texnikasının istehsalı ilə məşğul olan "Atol" şirkətinin analitiklərinin məlumatına görə, aviabiletlərə tələbat azalıb. Onlar bunu rusların Yeni il planlarını dəyişməsi, rublun dəyər itirməsi, yaxud da avqustda bilet almaları ilə əlaqələndirir.

Qeyd edək ki, Rusiyada, sentyabrda aviabilet satışı avqustla müqayisədə 72%, oktyabrda isə sentyabrla müqayisədə 27% azalıb. Sentyabrda eyni zamanda, avqustla müqayisədə satılan çeklərin miqdarı 13%-ə düşüb. Oktyabrda aviaşirkətlər təqribən 42 milyon manatlıq bilet satıb. Ən baha bilet isə Dubaya, 15 min 281 manat olub.